Putinin nüvə silahı ilk bu şəhəri vuracaq -ŞOK İDDİA

Qərb və Rusiya Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayırlar. Rusiyadan gələn xəbərlər isə bu gərginliyin daha da artacağından xəbər verir. Çünki Kremlin rəhbərlik etdiyi media nüvə təhdidlərini davam etdirir.

Gununsesi.info xəbər verir ki, nüvə müharibəsi narahatlığının davam etdiyi bir vaxtda ABŞ-dan yeni iddia gəlib.

HTML tutorial

“Doctor Doom” (“Doktor Qiyamət”) kimi tanınan Nuriel Roubini nüvə raketinin hədəfi olan ilk şəhəri açıqlayıb.

2008-ci ildə maliyyə böhranını da dəqiq proqnozlaşdıran Nyu York Universitetinin 64 yaşlı iqtisadiyyat professoru kabus ssenarisindən danışıb:

WhatsApp Image 2022-10-23 at 11.37.03.jpeg (77 KB)

“Belə bir ssenari var ki, yaxın on iki ay ərzində Rusiya Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcək, sonra NATO-ya hücum edəcək və biz Rusiya ilə konvensional müharibəyə başlayacağıq”.

ABŞ torpaqlarında nüvə raketlərinin ilk hədəfinin ölkənin maliyyə paytaxtı Nyu York olacağını ifadə edən Roubini deyib ki, bu şəhərdə olmaq heç də təhlükəsiz deyil.

Nyu Yorku gözləyən əsl təhlükənin nüvə hücumundan sonra meydana çıxacağını ifadə edən “Doktor Qiyamət” bildirib ki, daha pis şeylər baş verəcək: “Şəhərin çox hissəsi yaxın 20 ildə su altında qalacaq”.

Gununsesi.info