“İndi kritik məqamdır və Putinin qalib gəlməsinə imkan vermək ciddi tarixi səhv olardı”.
Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq illik brifinqdə bildirib.
Onun sözlərinə görə, alyans üzvləri Ukraynanı kifayət qədər sursatla təmin etmir: “Ukraynalılar cəsarətlərini itirmirlər, lakin onların döyüş sursatları tükənmək üzrədir”.
“Bizim Ukraynaya lazım olanı vermək imkanımız var”, – Stoltenberq deyib.
O, alyans üzvlərini tez hərəkət etməyə çağırıb, çünki gecikmənin hər günü döyüş meydanında real nəticələrə malikdir. NATO-nun baş katibi həmçinin bəyan edib ki, Rusiya Federasiyasının Ukraynanın işğal olunmuş ərazilərində “seçkilər” keçirmək cəhdi qanunsuz sayılacaq.
Gununsesi.info