Putinin illərdir gözdən uzaq tutduğu 38 yaşlı qızı Mariya Vorontsova ilk dəfə Rusiya mətbuatına müsahibə verib. Putinin həkim olan qızının sözləri diqqət çəkib.
Gununsesi.info xəbər verir ki, Putinin böyük qızı Mariya Vorontsova ədəbiyyat, idman və poeziya kimi mövzularda danışıb. “Biz insan mərkəzli cəmiyyətik və bizim üçün ən yüksək dəyər hər zaman insan həyatıdır. Rusiya xalq mərkəzli ölkədir” , – deyə o bildirib.
Putinin sözlərinə Ukrayna mediası çox sərt reaksiya verib. Ukrayna mediası “Rusiyanın dinc şəhərləri bombalamasına və cəbhədəki bütün qurbanlara baxmayaraq, Vorontsova hələ də Rusiyanın həyata dəyər verdiyinə inanır” şərhini yazıb.
Müxbirin müsahibədə Vorontsovanın Putinin qızı olduğunu qeyd etmədiyi bildirilsə də, gənc qadın hobbilərindən danışıb. Vorontsova deyib: “Hətta boş vaxtlarımda elmi və ya tibbi ədəbiyyat oxuyuram. İlham mənbəyim gözəl olan hər şeydir. Rəsmlər, muzeylər, teatrlar, musiqi. Mənim həvəsim idmandır. Həftədə ən azı bir neçə saatımı sağlam həyat tərzinə, idmana ayırıram”. Vorontsova sörfinq və xizək sürməyi sevdiyini bildirib.
Putinin qızının açıqlamalarının bəzi hissələri də diqqət çəkib. Vorontsova deyib ki, o, “insanların özlərini tanımaq imkanı əldə etmək” arzusundadır ki, “hamımız bir-birimizi daha yaxşı başa düşək və daha yaxşı ünsiyyət qura bilək”.
Qeyd edək ki, Putinin keçmiş həyat yoldaşı Lyudmila Putinadan olan qızı Vorantsova 1985-ci ildə Sankt-Peterburqda anadan olub. Hollandiyalı iş adamı ilə evli olan Vorantsova 2022-ci ildən Aİ və ABŞ-ın sanksiya siyahısındadır.
Gununsesi.info