Putinin qızlarına sanksiya Buça qətliamına görə tətbiq edilib

  • By admin
  • 09 Aprel 2022 16:37

Son sanksiyalar Rusiya əsgərlərinin Buçada dinc sakinləri öldürməsi haqda xəbərlər fonunda açıqlanıb

Avropa İttifaqının yeni – beşinci sanksiya paketinin siyahısına biznesmenlər Oleq DeripaskaBoris və İqor RotenberqlərSaid Kerimov, Kirill Şamalov, habelə prezidnet Vladimir Putinin qızları – Katerina Tixonova və Mariya Vorontsovanın adları daxil edilib.

Onlardan başqa siyahıya Sberbankın rəhbəri German Qref, teleaparıcı Aleksey Pimanov, “Komsomolskaya pravda” qəzetinin baş redaktoru Vladimir Sunqorkin, Rusiya Dövlət Teleradio Komitəsinin baş direktoru Oleq Dobrodeyev, “Moskovski komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev, Ozon birliyinin baş direktoru Aleksandr Şulginin adları salınıb.

Bununla bağlı xəbərlərdə deyilir ki, Putinin qızlarına sanksiya Buça qətliamına görə tətbi

Sanksiyaların 5-ci paketi Rusiyada 18 təşkilatı hədəfləyir.

Bunlar “Kalaşnikov” konserni, VTB bankı, Novikombank, Sovkombank bankları, Hərbi Sənaye şirkəti, Birləşmiş Mühərrik Korporasiya və başqalrıdır.

Aİ Rusiyadan kömür idxalını qadağan edir

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı səbəbsiz müharibəsinə görə beşinci sanksiya paketini razılaşdırıb. Kömür idxalının qadağan edilməsi və Aİ limanlarına Rusiya gəmilərinin buraxılmaması da paketə daxildir.

“Əvvəlki dörd paketlə birlikdə bu sanksiyalar da Kremlə iqtisadi təzyiqi gücləndirəcək, onun Ukraynaya işğalı maliyyələşdirmək qabiliyyətini zəiflədəcək”, – blok aprelin 8-də bəyanatında bildirib.

Bu arada Aİ Moskvaya qarşı əlavə sanksiyaların hazırlandığını qeyd edib.

Gülnar Məmmədli

Gununsesi.info