
Rusiyada keçiriləcək prezident seçkilərində Putinin rəqibi olacağı gözlənilən jurnalist Yekaterina Duntsovanın namizədliyinə icazə verilməyib.
Gununsesi.info-nun məlumatına görə, Duntsovanın təşviqat kanalı tərəfindən verilən açıqlamada qeyd olunub ki, qadın jurnalist “müraciətdə buraxılan səhvlərə görə” seçkidə iştirak edə bilməyib. Duntsovanın ərizəsini müzakirə edən Mərkəzi Seçki Komissiyası yekdilliklə namizədliyin rədd edilməsi barədə qərar qəbul edib.
Seçki kampaniyası zamanı Duntsova Ukraynada müharibəyə son qoyacağını və siyasi məhbusları azad edəcəyini vəd etmişdi.
Rusiya mediası Duntsovanın Putin əleyhdarı olan oliqarx Mixail Xodorkovski ilə əlaqələrinin olduğunu iddia edib.
Gununsesi.info