Putinin səhhəti barədə suala aydınlıq gətirildi - RƏSMİ

Prezident Vladimir Putin özünü yaxşı hiss edir və işgüzar əhval-ruhiyyədədir.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putində son vaxtlar koronavirus əlamətlərinin olub-olmaması sualına cavab verərkən deyib.

“Prezident özünü əla hiss edir, işgüzar əhval-ruhiyyədədir, işləyir”, – Peskov bildirib.

2021-ci ilin noyabrında Putin “Sputnik layt” vaksini ilə koronavirusa qarşı peyvəndlənib. Dövlət başçısı koronavirusa qarşı ilk peyvəndi 2021-ci ilin yazında etdirib.

Gununsesi.info