Bir ildən artıqdır Ukrayna ilə müharibədə olan Rusiya prezidenti Vladimir Putinin səhhətinin vəziyyəti ilə bağlı diqqətçəkən iddialar irəli sürülüb.
Gununsesi.info xəbər verir ki, dünən qatıldığı tədbirdə çıxışı zamanı son illərdə səhhətinin pisləşdiyi iddialarının tez-tez gündəmə gəldiyi Putinin başındaki iz sosial mediada müzakirələrə səbəb olub. Başındakı indiyə qədər görülməmiş qara ləkəyə diqqət çəkən ekspertlər və sosial media istifadəçiləri Putinin səhhətinin pisləşdiyini iddia ediblər.
Gələn həftə 71 yaşı tamam olacaq Putinin saçlarının başladığı bölgədə görünən qara ləkə ilə bağlı Kremldən açıqlama verilməyib. Bəzi sosial media istifadəçiləri Putinin xərçəng xəstəliyinə tutulduğunu və səhhətinin pisləşdiyini bildiriblər.
Bəzi KİV-lər Putinin dərmanlardan çox istifadə etdiyini bildirsə də, o, dərmanları qəbul edərkən xəstəliyinin əlamətlərinin yoxa çıxdığını iddia edib. Rəsmilər Putinin həftə sonları iqamətgahında qaldığını, lakin digər vaxtlarda özünü mümkün hava hücumundan qorumaq üçün müəyyən ərazilərdə qaldığını iddia edib.
Səid Əhmədli
Gununsesi.info