Rusiya Prezidenti Vladimir Putin Kazanda özbəkistanlı həmkarı ilə görüşündə ölkənin lideri Şavkat Mirziyoyevlə bağlı zarafat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mirziyoyev Rusiya hökumət nümayəndə heyətinin Özbəkistana səfərinin yekunları barədə danışarkən qeyd edib ki, onların arasında Rusiyanın nəqliyyat naziri Vitali Savelyev var.
“Yeri gəlmişkən, mən onun Daşkənddən olduğunu indicə bildim”, – Özbəkistan lideri deyib.
“Sənin adamların hər yerdədir!”, – Putin gülərək cavab verib.
Qeyd edək ki, Vitali Savelyev 1954-cü ildə Özbəkistan SSR-in paytaxtı Daşkənddə anadan olub. O, 2020-ci ildə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinə rəhbərlik edib.
Gununsesi.info