Putinin ŞOK PLANI: O, Ukrayna prezidenti olacaq

  • By admin
  • 02 Mart 2022 15:21

Dövlətə xəyanətdə təqsirli bilinən Ukraynanın eks-prezidenti Viktor Yanukoviç hazırda Minskdədir və Kreml onu xüsusi əməliyyata hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən yerli media yazıb.

Bildirilib ki, Kremlin ssenarilərindən birinə görə, onu orada “Ukrayna prezidenti” elan etməyə çalışacaqlar.

“Alınan məlumatlar Kreml tərəfindən yaxın vaxtlarda eks-prezident Yanukoviçin Ukraynaya qayıtması və ya onun adından Ukrayna xalqına müraciətin dərc edilməsi ilə bağlı hansısa informasiya əməliyyatı və ya aksiyanın hazırlana biləcəyinə işarə edir” – “Pravda” yazır.

Qeyd edək ki, Yanukoviç vətənə xəyanətdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info