Putinin SSRİ “xülya”sı: “Demokratk bir format verməklə qoruyub saxlamaq olardı”

  • By admin
  • 23 Sentyabr 2016 17:26
635586890584034737-ap-russia-putin
Putin SSRİ-ni bərpa arzusunu dilə gətirdi.
Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin SSRİ-nin dağılmasının qarşısını almaq mümkün idi, ancaq  onun dağılmasına səbəb Kommunist Partiyasının ideyaları oldu. “Siz bilirsiniz ki, mənim SSRİ-nin dağılmasına hansı münasibəti bəsləyirəm. SSRİ-nin dağılmamasına yol verməmək də olardı və bu mümkün idi.  Demokratk bir format verməklə qoruyub saxlamaq olardı”- deyə, Putin Kremldə siyasi partiyalarla görüşündə deyib.
Putin əlavə edib ki,  SSRİ-yə Kommunist Partiyası rəhbərlik edirdi: “Hansı səbələrdənsə milliyyətçilik və digər dağıdıcı ideyaların ortaya atılması nəticəsində dövlət dağıldı və məhv oldu”.
Gununsesi.info