Rusiya Prezidenti Vladimir Putinin həyatı daima maraq mərkəzində olub. Sui-qəsdə uğramaq qorxusu ona nələri etdirmir ki?! Keçmiş mühafizəçisi Vitali Brijati Putinin qorunması və ölüm qorxusu barədə danışıb.
Gununsesi.info xarici mətbuata istinadən sizə həmin maraqlı yazını təqdim edir.
Brijatinin anlatdıqları ağızları açıq qoyur.
Rus lider sui-qəsdə uğramaqdan hədsiz qorxduğu üçün bu durum Putin üçün bir şübhəçilik(paranoya) halına gəlib.
Brijati Putinin yanında çalışdığı zaman Krımdakı mənzillərdən birində köpək öyrədicisi kimi çalışdığını söyləyir.
Keçmiş mühafizəçi Brijati Putinin sui-qəsdə uğramaqla bağlı ciddi qorxusunun olduğunu vurğulayır. Getdiyi gizli çimərliklərdə çevrəsində silahlı dalğıçlar gəzdirdiyini deyir.
“Bu, onun həyatı üçün nə qədər narahat olduğunu göstərir”, – deyə Brijati açıqlayır.
Putinin öz mühafizəçilərinə güvənmədiyini deyən Brijati rus liderin olacağı yerlərlə bağlı yanlış bilgilər verildiyini bildirir.
Putinin Krımdakı mənzilinin “lüks bir mini şəhər” olduğunu dilə gətirən Brijati oranın bir fantaziya məkanı olduğunu deyir
“İdman salonları, çeşmələr, gözəl parklar, çimərlikləri və manqal yerləri var”.
Rus mühafizəçi Putinin oraya nə zaman gələcəyinin bilinməməsinə görə, 7 gün 24 saat boyunca işə hazır halda tutulduğunu vurğualyır.
Onun mənzillərində olan paltaryuyan maşınının belə işlədilmədiyini bildirir.
Brijati mənzildəki işçilərin içəri girərkən cib telefonlarını təslim etdiyini açıqlayır.
Brijati Ukraynaya yönələn müharibəni dəstəkləmədiyi üçün Rusiyanı tərk etdiyini ifadə edir.
Tərcümə: Arzu