Putinin tərəfdarları İtaliyada aksiya keçirir -Ukraynaya silah verilməsin

İtaliyanın bir sıra şəhərlərində NATO-ya və Ukraynaya silah göndərilməsinə qarşı nümayişlər keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz bütün İtaliyada, o cümlədən RAI dövlət televiziya və radio şirkətinin informasiya siyasətinə qarşı böyük etiraz aksiyası planlaşdırırıq”.

Bildirilir ki, şəhərlərdə Ukraynaya silah tədarükü ilə bağlı referendumun təşkili üçün imza toplanır. Tam həyata keçirilməsi üçün 500 min imza lazımdır.

Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirmişdi ki, Roma Kiyevin Şimali Atlantika Alyansına daxil olmasını müzakirə etməzdən əvvəl, NATO-Ukrayna Şurasının yaradılması ideyasını dəstəkləyir.

Qeyd edək ki, Zelenski Kiyevin Qərbdən kifayət qədər hava hücumundan müdafiə sistemləri, o cümlədən Patriot sistemləri ala bilməməsindən də şikayətlənib.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info