Putinin təsirinə tab gətirməkdə ölkələrə kömək edilməlidir

Fransanın Avropa üzrə naziri Laurence Boone POLITICO nəşrinə müsahibəsində deyib ki, Avropa İttifaqı bu quruma daxil olmaq istəyən ölkələrə aydın mesaj göndərməklə həmin ölkələrdə Vladimir Putinin təsirinə tab gətirməyə kömək etməlidir.

Gununsesi.info xəbər verir ki, Aİ yaxın illərdə Ukrayna və altı Balkan ölkəsi də daxil olmaqla, üzvlüyə yeni ölkələr qəbul etməyə hazırlaşır.

Bu ölkələrin bəziləri Aİ-yə dəstəyi zəiflətmək və onları blokdan kənarda saxlamaq üçün Rusiyanın apardığı təsir kampaniyasının əsas hədəfidir. Bu səbəbdən Aİ həmin ölkələrə qoşulmaq üçün nəyin tələb olunduğunu “aydın və balanslı” izah etməlidir, Boone hesab edir. “Vladimir Putin ərazi iddiaları ilə yanaşı, Avropa İttifaqını da zəiflətməyə çalışır”, – o qeyd edib.

Fransa naziri əlavə edib ki, Aİ namizəd ölkələrə “mümkün qədər Rusiyanın təsir strategiyasına qarşı mübarizə aparmağa kömək etməlidir”.

Gələn həftə, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Avropa İttifaqındakı vəziyyətə dair illik hesabatında qurumun yaxın illərə nəzərdə tutulan genişlənməsi tempi ilə bağlı təfərrüatlı məlumat təqdim etməsi gözlənilir.

 

Gununsesi.info