Putinin təyyarəsinin zədələnmə səbəbi bəlli oldu

  • By admin
  • 17 Yanvar 2017 17:00
putin
Prezident Vladimir Putinin xarici ölkələrə səfəretdiyi  VİP İl 96-300 təyyarəsinin qanadında yaranmış zədəyə görə təmirə dayanıb.
Gununsesi.info  “rian.ru”-ya istinadən xəbər verir ki, Putinin xarici ölkələrə səfər etdiyi təyyarənin qanadının birində zədələnib. Məlumata görə, prezident təyyarəsinin hava limanında hansısa  texnikaya dəyərək zədədləndiyi bildirilir. Ola bilsin yanacaq dolduran zaman və yaxud  hava limanında hərəkət edərkən harasa dəyib.
 Əgər diqqətlə baxılsa  təyyarənin  sol qanadında əziyi aydın görmək olar.
“İzvestiya”-nın yazdığına görə,  Putin  İL-96-300 təyyarəsi ilə 2016-cı ilin sentyabırında  keçirilən G-20 sammitində, Berlinə və digər ölkələrə uçub.Təyyarədə yaranmış problemlə bağlı hətta tenderin elan olduğu da bildirilir.
Putninin mətbuat katibi Dmitriy Peskov  deyib ki, təyyarənin təmirə dayanmasının ölkə başçısının hansısa səfər qrafikinə  problem yaratmır: “Çünki prezidentin ehtiyat  təyyarəsi var”.
D. Peskov  Putinin təyyarəsinin təmirinin  hansısa  qeyri-hadisə ilə bağlı olmadığını deyib.
Gununsesi.info