“Putinin Tokayev və Nazarbayevlə isti münasibətləri var” - PESKOV

  • By admin
  • 19 Yanvar 2022 15:21

“Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev və ölkənin keçmiş Prezidenti Nursultan Nazarbayev ilə isti münasibətləri var”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlərin “Nazarbayevin videomüraciətinə Kremlin münasibəti necə olub?” sualına cavab olaraq Peskov qeyd edib ki, Qazaxıstanda baş verənlər ölkənin daxili məsələsidir.

 

Gununsesi.info