Putinin Türkiyə səfəri ilə bağlı Kremldən açıqlama

  • By admin
  • 26 Fevral 2024 15:35

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri martda keçiriləcək prezident seçkilərindən tez baş tutmayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Lakin ən yüksək səviyyədə təmaslara hazırlıq gedir, biz bu barədə bir neçə dəfə danışmışıq… Bu təmaslar hər iki prezidentin iş qrafikinə ən uyğun olan vaxtda baş tutacaq”, – Kreml sözçüsü əlavə edib.

Keçən ilin sonundan iki dəfə təxirə salınan Putinin səfərinin Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğalına başlamasından sonra Putinin NATO üzvü olan ölkəyə ilk səfəri olacağı gözlənilir.

Rusiya agentlikləri hökumət mənbələrinə istinadən daha əvvəl mümkün yeni tarixləri aprelin sonu və ya mayın əvvəli adlandırmışdılar.

Gununsesi.info