Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Rusiya ilə Türkiyə arasında iqtisadi və ticari əlaqələr müzakirə ediləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin bu ay baş tutması gözlənilən Türkiyə səfəri ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamasında bildirib.
Səfər zamanı Türkiyədə qaz mərkəzinin yaradılmasına dair yol xəritəsi, Rusiya ilə Türkiyə arasında ortaq bankın yaradılması kimi məsələlərin müzakirə edilib-edilməyəcəyi sualını cavablandıran Peskov, “Bütün bu məsələlər gündəmdə olacaq” deyib.
Peskov Türkiyə ilə Rusiya arasındakı ticari və iqtisadi əlaqələrin bütün elementlərinin müzakirə ediləcəyini açıqlayıb. “Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır. Bu əlaqələrin bütün detalları gündəmdə olacaq”, – deyə o bildirib.
Kremlin xarici siyasət müşaviri Yuri Uşakov yanvarın 29-da verdiyi açıqlamada Putinin fevralda Türkiyəyə səfəri üçün hazırlıqların getdiyini bildirib.
Gununsesi.info