Putinin Xruşşovla müqayisə edilməsinə REAKSİYA

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putini Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşovla müqayisə etməməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.

HTML tutorial

Peskov jurnalistlərlə söhbətində Karib böhranının və mövcud vəziyyətin müxtəlif nüanslarına diqqət çəkib. “Müqayisələr çətin ki, yerində olsun. Putin Putindir, Xruşşov isə Xruşşov olub, Allah ona rəhmət eləsin. Ona görə də, mən düşünmürəm ki, Putini kiminləsə müqayisə etmək olar”, – o vurğulayıb.

Bununla belə Rusiya dövlət başçısının mətbuat katibi qeyd edib ki, hər iki halda söhbət Rusiya ilə Vaşinqtonun rəhbərlik etdiyi kollektiv Qərb arasında toqquşmadan gedir . “Bu predmetlər oxşardır, lakin digər tərəfdən, nüanslar, əlbəttə ki, fərqlidir”, – deyə Peskov fikirlərini yekunlaşdırıb.

Bundan əvvəl israilli politoloq Yakov Kedmi Rusiya rəhbərliyinə Ukraynadakı münaqişə fonunda Karib böhranı təcrübəsindən istifadə etməyi tövsiyə edib. Ekspertin fikrincə, o zaman Moskva Vaşinqtonu “mühasirəyə almağı” bacarmışdı və bu təcrübə təkrarlana bilər.

Gununsesi.info