Putinin xüsusi nümayəndəsi: "Müqavilə gələn il imzalana bilər"

  • By admin
  • 02 Noyabr 2017 19:22


Xəzərin hüquqi statusuna dair müqavilə 2018-ci ilin əvvəllərində imzalana bilər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin Xəzəryanı ölkələrlə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib.

“Düşünürəm ki, müqavilənin gələn ilin əvvəlində Astanada keçiriləcəyi gözlənilən sammitdə imzalanması mümkündür. Bu, çox böyük iş olacaq, çünki biz artıq 20 ildən çoxdur Xəzərin hüquqi statusundan danışırıq və baza Konvensiyasını hələ imzalamamışıq”, – deyə R. Abdulatipov söyləyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 1-də bildirib ki, Xəzərin hüquqi statusu ilə bağlı Rusiya, İran və Azərbaycan arasında mövqelərin dəqiqləşdirilməsi yaxın vaxtlarda yekunlaşa bilər.

 

Gununsesi.info