“Putinin yaxtası” ilə bağlı məsələ ABŞ məhkəməsində - Xudaynatov yaxtanı geri almaq istəyir

  • By admin
  • 10 Yanvar 2024 16:43

Ötən ilin oktyabrında ABŞ-da Nyu-York prokurorları rusiyalı oliqarx Süleyman Kərimovla əlaqəli dəyəri 300 milyon dollardan çox olan 106 metrlik “Amadea” superyaxtanın müsadirə edilməsi ilə bağlı vəsatət qaldırıb.

Gununsesi.info xəbər verir ki, ABŞ hökuməti onu sanksiya siyahısındakı rusiyalı milyarder Suleyman Kerimova məxsus olduğu üçün müsadirə edib. Lakin indi “Amadea”nın gerçək sahibi olduğunu iddia edən başqa bir rusiyalı milyarder – Rusiya dövlət neft şirkəti “Rosneft”in keçmiş baş icraçı direktoru və Putinin Tümendəki seçki qərargahının rəhbəri Eduard Xudaynatov yaxtanı geri almaq istəyir və ABŞ məhkəməsi ilə çəkişir.

“Amadea” superyaxtadır, ABŞ-ın Sakit okean sahilindəki San-Dieqo limanına bağlanıb və 325 milyon dollar dəyəri var.

Federal Təhqiqat Bürosunun sənədində Xudaynatov Kərimovun yaxta üzərindəki mülkiyyətini gizlətmək üçün istifadə edilən proksi kimi tanıdılır.

Xudaynatov Avropa Birliyinin sanksiya siyahısına salınsa da, ABŞ ona qarşı sanksiya tətbiq etməyib. “Amadea” onun sahibliyinə iddia etdiyi tək superyaxta deyil. Xudaynatov eyni zamanda 750 milyon dollarlıq “Scheherezade” yaxtasının da sahibi olduğunu deyir.

Qeyd edək ki, Süleyman Kərimov Rusiyanın ən varlı vətəndaşlarındandır. “Forbes”un qiymətləndirməsinə görə, onun sərvəti 10,7 milyard dollardır. Kərimovun var-dövlətinin böyük hissəsi onun Rusiyanın qızıl mədən şirkəti “Polyus”dakı payına bağlıdır.

ABŞ Maliyyə Nazirliyi Rusiyanın Suriya və Ukraynadakı hərəkətlərinə cavab olaraq 2014 və 2018-ci illərdə Kərimova qarşı sanksiyalar tətbiq edib və 2023-cü ilin mayında məhdudiyyətlər “Polyus”a da şamil edilib.

Gununsesi.info