Ukraynada hərbi cinayətlərin günahkarları cəzalanmalıdırlar.
Gununsesi.info xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.
“Buçadakı fotolar dözülməzdir. Putinin zorakılığı günahsız ailələri məhv edir və bu, sərhəd tanımır. Bu hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar cavab verməlidirlər. Biz Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyik və Ukraynaya onun müdafiəsində daha çox dəstək verəcəyik”, – nazir bildirib.
Gununsesi.info