Putinlə Ərdoğan çox məhsuldar danışıqlar aparıblar

  • By admin
  • 29 İyun 2016 14:07

telefon

 

 

Artıq Putinlə Ərdoğan arasındakı telefon danışığı bitib. Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Rəcəb Tayib Ərdoğanla Vladimir Putin arasındakı telefon danışığı artıq bitib. Türkiyə prezidentinə yaxın mənbə deyib ki, telefon danışığı çox məhsuldar və müsbət məcrada keçib. Danışıqların detalları barədə bir azdan rəsmi məlumat veriləcək.

RF prezidentinin mətbuat katibi Dmitriy Peskov dövlət başçıları arasında Türkiyə tərəfdən vurulan Su-24 Rusiyaya məxsus qırıcı təyyarənin kompenssasiya məsələsi müzakirə olunacaqmı sualına cavab olaraq deyib ki, bunun üçün görüşün nəticələrini gözləmək lazımdır.“Çox belə bəyanatlar olub. Odur ki, bu məsələ ilə bağlı mən hamını iki dövlət başçısının telefon danışıqlarının yekunlarını gözləməyi tövsiyyə edirəm”, – deyə Peskov vurğulayıb.