Putinlə Ərdoğan qoşa şəkilləri olan boşqabda nahar etdilər

  • By admin
  • 10 Avqust 2016 09:50

putin_erdogan1

Rusiya səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həmkarı Vladimir Putinlə işgüzar nahar masasında əyləşdiyi zaman maraqlı məqam yaşanıb.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, nahar zamanı prezidentlərin qarşısına qoyulan boşqablar diqqəti cəlb edib. Belə ki, hər iki prezidentin qarşısındakı boşqabda öz şəkilləri olub.
Kremlə yaxın mənbənin bildirdiyinə görə bu cür formada olan boşqabların masaya qoyulması nadir hallarda olur. Belə ki, şəkilli boşqablar xüsusi əhəmiyyət kəsb edən şəxslərin şərəfinə masaya qoyulur.

bosqab

Gununsesi.info