Putinlə Ərdoğan Suriya ilə bağlı razılaşdı

  • By admin
  • 10 Oktyabr 2016 23:10

erdoga

 

Ankara və Moskva BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Misturanın silahlı qüvvələrin Hələbdən çəkilməsi ilə bağlı təklifini dəstəkləyib.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra deyib.

“Türkiyə Prezidenti ilə müzakirəmizdə Hələbdə arzuolunmaz silahlı qruplaşdırmaların şəhərdən kənarlaşdırılması və axan qanın dayanması üçün Misturanın təklifini dəstəklədiyimizi bildirdik”, – Putin bildirib.

Qeyd edək ki, tərəflər arasında görüş bir az əvvəl bitib.

 

Gununsesi.info