Türkiyə və Rusiya prezidentləri iyunun 29-da keçirdiyi telefon danışığının yekunu olaraq iki ölkə arasındakı məsələləri çözmək üçün üz-üzə görüşmək barədə razılığa gəliblər. Gununsesi.info “Habertürk”ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Türkiyənin prezident sarayı çıxış edib.
Prezident sarayından verilən məlumata görə, görüşdə dövlət başçıları iki ölkə arasında əlaqələrin yenidən bərpa edilməsi istiqamətində lazımi addımların atılmasını, bölgədəki siyasi, iqtisadi, insani böhranın nəzərə alaraq bu vəziyyətin aradan qaldırılmasının yollarının aranmasının, terrorla birgə mübarizə aparmağın vacibliyini qeyd edərək üz-üzə görüşməyi qərara alıblar.
Gununsesi.info