Putinlə Ərdoğanın görüş tarixi bilindi

  • By admin
  • 06 Dekabr 2016 19:00

p

 

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın görüşü 2017-ci ilin birinci rübü üçün nəzərdə tutulub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya baş naziri Dmitri Medvedev iki ölkə arasındakı əlaqələrə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

“Biz gələcəkdə əməkdaşlığımızı gücləndirmək üçün layihələrin hazırlanması prosesinin sürətləndirilməsi barədə razılığa gəlmişik. Eləcə də gələn ilin birincü rübündə prezidentlər səviyyəsində keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası üçün lazımi sənədləri hazırlayırıq”, – deyə Rusiya baş naziri söyləyib.

Gununsesi.info