
Rusiya Prezidenti Vladimir Putinlə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel arasında Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.
Bildirilib ki, Vladimir Putin Ukraynanın Donbas bölgəsində keçirdikləri xüsusi əməliyyatla bağlı Şarl Mişelə məlumat verib, Rusiyanın mövqeyini açıqlayıb.
Məlumata görə, tərəflər Ukraynadakı mövcud vəziyyətin humanitar istiqamətlərini müzakirə ediblər.
Gununsesi.info