Putinlə bağlı sensasion İDDİA: “New York Times” yazdı

  • By admin
  • 25 Dekabr 2023 11:40

ABŞ-da çıxan “New York Times” qəzeti Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı hədəfləri ilə bağlı açıq şəkildə qətiyyətli bir imic nümayiş etdirsə də, arxa planda atəşkəs təklifi etdiyini iddia edib.

Gununsesi.info xəbər verir ki, Putinin vasitəçilərə sentyabr ayından bəri cəbhə xəttində davam döyüşləri dayandıracaq atəşkəsə açıq olduğunu bildirən mesajlar göndərdiyi iddia edilib.

“New York Times”ın xəbərində Putinin Kremlə yaxın iki keçmiş Rusiya rəsmisi və Rusiya liderinin elçilərindən mesaj alan Amerika və beynəlxalq rəsmilərə atəşkəs mesajı verdiyi iddiasını əsaslandırıb.

Qəzetə danışan Amerika rəsmiləri iddia ediblər ki, Rusiya ilk dəfə 2022-ci ilin payızında atəşkəs razılaşmasını nəzərdən keçirirb. Mənbələr Putinin o dövrdə Rusiyanın işğal etdiyi torpaqlarla qane olduğunu və bu mesajın Vaşinqtona çatdırıldığını bildirib.

Qəzet iddia edib ki, Kreml administrasiyası ictimaiyyətə müharibəni davam etdirmək mesajını versə də, Ukraynada qələbə elan edərək müharibəni bitirmək istəyir.

Keçən payızda Rusiya rəsmiləri ilə görüşən beynəlxalq rəsmi “New York Times”a “Görüşlərdə atəşkəs danışıqlarına hazır olduqlarını deyirlər. Müharibə bölgəsində olduqları yerdə qalmaq istəyirlər” deyib.

Xəbərdə qeyd edilib ki, əvvəllər işğal olunmuş bütün torpaqları geri alacağını vəd edən Ukrayna administrasiyasının belə bir razılaşmanı qəbul edib-etməyəcəyi bəlli deyil.

Qəzetə danışan keçmiş Rusiya rəsmiləri bildiriblər ki, əgər Rusiya qüvvələri döyüş meydanda yenidən irəliləyiş əldə edərsə, Putin atəşkəslə bağlı fikrini dəyişə bilər.

Keçmiş yüksək rütbəli rusiyalı məmur mövzu ilə bağlı “New York Times”a verdiyi açıqlamada bildirib ki, “Putin həqiqətən də indiki vəziyətində qalmaq istəyir. Ancaq bir metr belə geri çəkilmək istəmir”.

Məsələ ilə bağlı “New York Times”a çatan Kremlin sözçüsü Dmitri Peskov səsli mesajında ​​”Təqdim etdiyiniz tezislər konseptual olaraq doğru deyil” deyib və Putinin son çıxışına işarə edərək, Rusiyanın müharibə məqsədlərinin dəyişmədiyini qeyd edib.

“Putin həqiqətən danışıqlara hazırdır. O, bunu dedi. Rusiya xüsusilə öz məqsədlərinə çatmaq üçün hazır olmağa davam edəcək”, – Peskov bildirib.

Qəzetə danışan ABŞ rəsmiləri Putinin mövqeyinin son vaxtlar dəyişdiyini və Rusiya liderinin artıq Zelenski hökumətində dəyişiklik tələb etmədiyini vurğulayıblar.

ABŞ rəsmiləri iddia edirdilər ki, Putin atəşkəs razılaşması ilə Ukrayna ərazisinin təxminən 20 faizinin Rusiyanın nəzarətində qalmasını təmin etməyə çalışır.

Gununsesi.info