
Rusiya prezidenti Vladimir Putin ötən il 8 milyon 858 min rubl qazanıb.
“Qafqazinfo” “Tass.ru”ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında prezidentin gəliri ilə bağlı hazırlanmış hesabatda bildirilir.
- Putin 2015-ci ildə 8 milyon 891 min rubl əldə edib.
Baş nazir Dmitri Medvedev isə 2016-cı ildə 8 milyon 586 min rubl qazanıb. Qeyd olunur ki, bu rəqəm onun 2015-ci ildə əldə etdiyi gəlirdən181 min rubl azdır.
Medvedev 367.8 kvadrat metrlik mənzilə sahibdir, eləcə də 47 ha ərazini icarəyə verib.
Gununsesi.info