Putinlə Merkelin telefon danışığı oldu

  • By admin
  • 16 Dekabr 2019 19:55
Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkelin telefon danışığı olub.
Gununsesi.org xəbər verir ki, bu barədə Kremlin saytında yazılıb. Danışıq Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbət zamanı dekabrın 9-da Parisdə baş tutan “normand dördlüyü” sammitinin nəticələri müzakirə olunub.
Sammit zamanı Donbas məsələsinin tənzimlənməsində təməl sayılan Minsk Tədbirlər Kompleksinin reallaşdırılması istiqamətində fərdi addımlar razılaşdırılıb. Bundan başqa, Liviyadakı böhran problemindən danışılıb.
Gununsesi.org