Putinlə Netanyahu Moskvada görüşəcək

  • By admin
  • 10 İyul 2018 16:59

Картинки по запросу Vladimir Putin ilə İsrailin baş naziri Binyamin Netanyahu

Rusiya prezidenti Vladimir Putin ilə İsrailin baş naziri Binyamin Netanyahu sabah paytaxt Moskvada bir araya gələcək.

Tərəflər İsrail-Fələstin məsələsini və Suriyadakı son vəziyyəti müzakirə edəcək.

Bu barədə Kremlin mətbuat departamentindən məlumat verilib. Məlumatda baş nazirin sabah “Lujniki” stadionunda baş tutacaq Xorvatiya-İngiltərə arasında keçiriləcək yarımfinal matçını tribunadan izləyəcəyi qeyd edilib.

Qeyd edək ki, Binyamin Netanyahunun ofisindən verilən açıqlamada görüşün məqsədinin Rusiya ilə İsrail arasında təhlükəsizlik koordinasiyasını təmin etmək və bölgədəki hadisələri müzakirə etmək olduğu bildirilib.

Netanyahu dünən verdiyi açıqlamada Qəzza şəhərini idarə edən Həmas qruplaşmasına qarşı səfərbərlik elan etmiş, Qəzzaya bazar mallarının giriş qapısı olan Kərəm Şalomunu bağlayacaqlarını bildirmişdi.(Publika.az)