Putinlə Qətər əmiri telefonda nədən danışdılar?

  • By admin
  • 07 İyun 2017 07:51

putin1

Rusiya prezidenti Vladimir Putin və Qətər əmiri Şeyx Tamim arasında telefon danışığı olub.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, V.Putin telefon danışığı zamanı böhranlı vəziyyətlərin dialoq yolu ilə, siyasi-diplomatik vasitələrlə nizamlanmasının vacibliyinə dair Moskvanın prinsipial mövqeyini təsdiqləyib.

Həmçinin beynəlxalq problemlər, habelə iqtisadi-ticarət və sərmayə sahələrində Rusiya-Qətər əməkdaşlığı müzakirə olunub,  ikitərəfli hökumətlərarası komissiyanın aprel toplantısının yekunları yüksək qiymətləndirilib.

Bundan əvvəl Küveyt əmirinin Qətər və qonşuları arasında münaqişəni nizamlamaq məqsədi ilə vasitəçi qismində Səudiyyə Ərəbistanına səfər edəcəyi bildirilib.

Qeyd edək ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Dohanı terror qruplaşmalarını dəstəkləməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək,  Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviya, Yəmən, Maldiv və Mavriki də Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Qətər XİN rəhbəri Dohanın cavab tədbirləri görməyəcəyini bəyan edib.

Gununsesi.info