Putinlə Ruhani arasında telefon danışığı olub

  • By admin
  • 28 Noyabr 2016 23:56

petya-ruxa

Bu gün Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.

“Tərəflər iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, o cümlədən ticarət və iqtisadi sahədə birgə prioritet layihələri, dünya karbohidrogen bazarlarında addımların əlaqələndirilməsini və Suriya münaqişəsinin nizamlanmasını müzakirə ediblər” – deyə, məlumatda deyilir.

İki ölkə lideri həmçinin avqustun 8-də Bakıda imzalanmış müqavilələrin həyata keçirilməsini nəzərdən keçirib.

Xatırladaq ki, Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün sonunda Bakı bəyannaməsi imzalanıb.

Gununsesi.info