Almaniyada G20 sammiti çərçivəsində görüşən Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın ortaq kiber təhlükəsizlik qurumunun yaradılması barədə razılaşması iki ölkə arasında bu istiqamətdə işlərin görüləcəyi demək deyil.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın G20-dəki nümayəndəsi Svetlana Lukaş deyib.
“Məsələnin müzakirəsi sabahdan etibarən işə başlanacağı mənasına gəlmir. Güman edirəm ki, mətbuatın bu istiqamətdə gözləntiləri var. Önəmli olan bu məsələnin müzakirəsidir, ABŞ bu sahədə əməkdaşlığa hazırdır. Gələcəkdə görəcəyik. Bəlkə bir işçi qrupu yaradıldı, bəlkə də BMT çərçivəsində əməkdaşlıq olar. Necə olursa olsun, iki ölkənin bu məsələni görüşməsi lazımdır, çünki liderlər bu məsələdə razılaşdı. Şübhəsiz iclasda belə bir təklif edilib, ancaq görüşdə iştirak edənlərdən başqa, heç kim Trampın təklifə necə reaksiya verdiyini bilmir. Bəlkə də Tramp buna hazır deyil, ancaq bu o demək deyil ki, iki ölkə arasında əməkdaşlıq olmayacaq”, – Lukaş qeyd edib.
Qeyd edək ki, Putinlə görüşdən sonra Tramp Tvitter hesabında ortaq kiber təhlükəsizlik qurumunun yaradılmasını Rusiya lideri ilə müzakirə etdiklərini bildirmişdi.
Gununsesi.info