Putinlə Əliyev Bakı “görüşü”ndə nələri müzakirə edəcəklər?

  • By admin
  • 02 Avqust 2016 15:20

ilham putin

 

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 8-də Azərbaycana səfər edəcək.

Gununsesi.info Kremlin.ru-ya istinadən xəbər verir ki, səfərdə məqsəd avqustun 8-də Bakıda keçiriləcək Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə iştirak etməkdir.

Qeyd edək ki, səfər çərçivəsində prezidentlərin ikitərəfli və üçtərəfli formatda görüşlərinin keçirilməsi nəzərdə tutulur. Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə və İran prezidenti Həsən Ruhani ilə təkbətək formatda da görüşü nəzərdə tutulub. Bu görüşlərdə ölkələr arasında əməkdaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsi, eyni zamanda Azərbaycan-Ermənistan münaqişəsinin həlli yolları müzakirə olunacaq. Prezidentlərin görüşündə aktual beynəlxalq və regional məsələlər, siyasi əməkdaşlığın perspektiv imkanları, iqtisadi-ticari, nəqliyyat, kommunikasiya, tranzit və enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Mürtəza

Gununsesi.info