Putinlə görüşmək üçün rekord sayda jurnalist qeydiyyatdan keçdi

  • By admin
  • 13 Dekabr 2019 21:13

Rusiya prezidenti Vladimir Putinin dekabrın 19-da keçirəcəyi illik mətbuat konfransına qatılmaq üçün rekord sayda jurnalist akkreditasiyadan keçib.

Gununsesi.org xəbər verir ki, bu haqda kremlin saytında yazılıb. Bildirilir ki, jurnalistlərin sayı 1895 nəfərdir. Bundan başqa, ənənvi olaraq xeyli sayda jurnalist regional KİV-i təmsil edəcək.

Qeyd edək ki, Vladimir Putin prezident postunda olduğu 2001-ci ildən hər il böyük mətbuat konfransı keçirir.

 

Gununsesi.org