Putinlə Lukaşenko bu gün görüşəcək

  • By admin
  • 13 İyul 2021 12:45

Bu gün Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş keçiriləcək.

Gununsesi.info “İzvestiya.ru”ya istinadən xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində baş tutacaq.

Tərəflər görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər.

Prezidentlər, həmçinin dünya gündəmində olan məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.