Putinlə Makron atəşkəs barədə razılığa gəldi

  • By admin
  • 20 Fevral 2022 19:40

Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron Donbasla bağlı işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi Yelisey sarayına istinadən məlumat yayıb.

İşçi qrupunun əsas məqsədi qoşunların təmas xəttində atəşkəs üçün şərait hazırlamaq olacaq.

Agentliyin məlumatına görə, Rusiya və Fransa xarici işlər nazirləri yaxın günlərdə Avropada təhlükəsizlik məsələləri üzrə sammitin təşkilini müzakirə ediblər.

Liderlərin söhbəti 1 saat 45 dəqiqə davam edib. Bundan sonra Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə yarım saatlıq söhbət edib.

 

 

Gununsesi.info