
Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusu (ASO) Menbicə doğru hərəkət edərsə qarşılıq verəcəyik.
Gununsesi.info xəbər verir ki, bu barədə PKK-nın Suriyadakı qolu PYD məlumat yayıb.
“Türkiyə Suriyanın şimalında yaradılan idarəetməni hədəf alır. Ankara açıq şəkildə deyir: Harda kürd varsa, ora da müdaxilə edəcəyik. İctimaiyyətə isə İŞİD-lə mübarizəni əsas gətirir. Menbicdə İŞİD yoxdur. Türkiyə Əl Babdan sonra Menbic və Afrina hücum etməyi planlaşdırır”, – açıqlama bildirilib.
Qeyd edək ki, türk ordusu Əl Babda nəzarəti təmin edib.
Gununsesi.info