PYD/YPG terrorçuları Tel-Rifat şəhərini Suriya ordusuna təhvil verib

  • By admin
  • 01 Aprel 2018 17:45

Bu gün PKK terror təşkilatının Suriya qolu PYD/YPG Tel-Rifat şəhərini Suriya ordusuna təhvil verib.

Gununsesi.info xəbər verir ki, bu barədə bu gün “Fars” agentliyi məlumat yayıb.

Agentliyin məlumatında qeyd edilir ki, hazırda Tel-Rifat şəhəri  Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələrin tam nəzarəti altındadır.

Qeyd edək ki, martın 27-də Türkiyənin aparıcı KİV-ləri Türkiyə Ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat rayonunu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün əməliyyata başladığı və həmin gün Tel-Rifat şəhəri də daxil olmaqla, rayonun nəzarət altına götürüldüyü barədə məlumat yayılıb. Ancaq məlumat təsdiqini tapmayıb.

Gununsesi.info