“Qəbələ” Gəncədə “Kəpəz”i məğlub edib

  • By admin
  • 09 Mart 2018 16:48
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
Gununsesi.info-nun məlumatına görə, turun açılış matçı Gəncədə “Kəpəz” və “Qəbələ” komandaları arasında olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 66-cı dəqiqədə Filip Ozobiç imza atıb.
Bu qələbədən sonra xalını 38-ə çatdıran “Qəbələ” ikinci sıradakı yerini qoruyub. “Kəpəz” isə 10 xalla sonuncu – 8-ci pillədədir.
Qeyd edək ki, bu gün XIX turun daha bir oyunu keçiriləcək. “Bakcell Arena”da “Neftçi” “Keşlə”ni qəbul edəcək. Martın 10-da isə “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” görüşləri olacaq.
Gununsesi.info