“Qəbələ” rəqibinə 3-1 hesabı ilə qalib gəldi - YENİLƏNİB

  • By admin
  • 18 Avqust 2016 22:02

qabalaaaaaa

Avqustun 18-də UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunları başlayıb.

Gununsesi.info xəbər verir ki, qitənin ikinci klub turnirindəki təmsilçimiz “Qəbələ” “Dalğa Arena”da “Maribor”la (Sloveniya) qarşılaşır.

“Qəbələ”in start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Nika Kvekveskiri, Sergey Zenyov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Baqali Dabo, Filip Ozobiç, Rikardinyo, Teo Uiks və Rafael Santos yer alıblar.

Sloveniya təmsilçisinin start heyətinə isə Handanoviç, Janza, Şuler, Vrhovec, Pihler, Tavares, Novakoviç, Vrşiç, Defendi, Bohar və Şme daxildirlər.

Oyunu Aleksey Kulbakovun rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edir.

Qeyd edək ki, matçın birinci hissəsi 1:1 hesabı ilə başa çatıb.

***

Matçın ikinci hissəsinin əvvəlində “Qəbələ” rəqib qapısından dalbadal iki qol keçirib. Qolları 50-ci və 52-ci dəqiqələrdə Baqali Dabo vurub-3:1.

Gununsesi.info