“Qəbələ” – “Maynts”: biletlər satışda

  • By admin
  • 26 Sentyabr 2016 17:37

qelebe

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Maynts” (Almaniya) oyununun biletləri satışa çıxarılıb.
Gununsesi.info klubun saytına istinadən yaydığı xəbərə görə, biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun (“Gənclik” metrosu yaxınlığı) və 8-ci kilometr qəsəbə stadionunun kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Qeyd edək ki, sentyabrın 29-da 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Maynts” matçı saat 19:00-da başlayacaq.

Gununsesi.info