“Qəbələ” rəsmisi beynəlxalq qurumda təyinat aldı

“Qəbələ”nin baş meneceri Nail Kərimov Avropa Klublar Assosiasiyasına (ECA) təyinat alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildilir.

N.Kərimov 2023-2027-ci illəri əhatə edən tsikldə ECA-nın namizədliyini verdiyi uşaq futbolu üzrə işçi qrupunun üzvlərindən biri olacaq. Qrupa “Feyenoord”un baş meneceri Dennis te Kloyse rəhbərlik edəcək.

Qeyd edək ki, ECA-nın sentyabr ayında Berlində keçirilmiş Baş Assambleyasında 50 ölkənin 150 müxtəlif klubunun 430 nümayəndəsi öz namizədliklərini 8 qrup üzrə irəli sürmüşdülər.

İşçi qrup il ərzində keçirdiyi 5-8 iclasla öz fəaliyyətini tənzimləyir. İlk belə iclas noyabrın 15-də İsveçrənin Cenevrə şəhərində təşkil ediləcək.

 

Gununsesi.info