“Qəbələ” “Sabah”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulacaq. 

Gununsesi.info xəbər verir ki, son oyun günündə 1 matç keçiriləcək. Mövsümə uğurlu start verən iki komanda Qəbələdə üz-üzə gələcək. “Sabah” “Qəbələ”nin qonağı olacaq.

HTML tutorial

Keçirdiyi hər 3 oyunda qələbə qazanan bu komandalar turnir cədvəlində 2-3-cü yerləri bölüşürlər.

28 avqust (bazar)

20:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu
Qəbələ şəhər stadionu

Gununsesi.info