
Qəbələ rayon sakinlərindən 2 ədəd tüfəng götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Yalçın Mürşüdovdan və Hüseyn Əkbərovdan müvafiq sənədləri olmayan 2 ədəd “Tula” markalı tüfəng götürülüb.
Anar
Gununsesi.info