Qəbələ sakinlərini “Səyyar qəbul otağı”na gətirən səbəblər məlum oldu - FOTOLAR

Vətəndaşların qaz təchizatında üzləşdikləri problemlərin həlli istiqamətində həyata keçirilən “Açıq mikrofon” aksiyası növbəti dəfə Qəbələ sakinlərinin ixtiyarında olub.

Mikrofon önünə keçən sakinlərdən 4-nün müraciəti fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunmasından ibarət olub.

HTML tutorial

Zarağan qəsəbə sakini Elnur Zeynalov yeni yaşayış massivinin qazlaşdırılmasını xahiş edib.  Qəbələ şəhəri, Vahid Qəhrəmanov küçəsinin sakinləri isə küçə qaz xəttinin çəkilməsini istəyib.

Bütün müraciətlər SOCAR “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin məsul şəxsləri tərəfində qeydə alınıb.

 Gununsesi.info