“Qəbələ” – “Sent-Etyen” oyununa görə Bakı metrosunun iş rejimi dəyişir

  • By admin
  • 03 Noyabr 2016 12:25

qabala-3

Bakı metrosunun iş qrafikinə dəyişiklik edilib.

Gununsesi.info “Qəbələ” futbol klubunu “Facebook” səhifəsinə istinadən xəbər verir ki, bu gün Bakı metrosunun iş qrafiki gecə saat 01:00-a kimi uzadılıb.

Bu addım klub rəhbərliyinin “Bakı Metropoliteni” QSC-yə müvafiq müraciətindən sonra atılıb.

Xatırladaq ki, bu gün “Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Bakcell Arena”da (8-ci km stadionu) Fransanın “Sent-Etyen” komandasını qəbul edəcək. Matç saat 22:00-da start götürəcək.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə “APA-Economics”ə bildirib ki, sərnişin axını çox olduqda metronun “Neftçilər” və “Xalqlar dostluğu” stansiyaları 01:00-dan sonra da fəaliyyət göstərə bilər: “Bununla yanaşı, sərnişin axını az olarsa, metro saat 01:00-dan tez fəaliyyətini dayandıracaq. İstənilən halda, “Bakı Metropoliteni” QSC klub rəhbərliyi ilə koordinasiyalı şəkildə işləyəcək”.

Gununsesi.info