“Qəbələ” son transferlərini sifariş etdi

  • By admin
  • 02 Sentyabr 2016 19:17

qebele

Qəbələ”nin Avropa Liqasının qrup mərhələsi üçün heyəti müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, “qırmızı-qaralar”Belçikanın “Anderlext”, Fransanın “Sent-Etyen” vəAlmaniyanın “Mayns” klubları ilə qarşılaşmalar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

 

Beynəlxalq quruma göndərilən A vərəqində 21 futbolçu yer alıb. Komandanın son transferlərindən Ruslan Qurbanov 10, Petar Franyiç 30 nömrəli formanı seçiblər.

B vərəqinə isə 9 oyunçu daxil edilib.

Qeyd edək ki, “Qəbələ” qrupda ilk oyununu sentyabrın 15-də keçirəcək. “Qırmızı-qaralar” həmin gün səfərdə “Anderlext”lə qarşılaşacaq.

Gununsesi.info