“Qəbələ” milli komandaların qarşılaşmaları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə yoxlama oyunu keçirib.
Gununsesi.org xəbər verir ki, “qırmızı-qaralar” bu gün “Sumqayıt”la üz-üzə gəlib. “Kapital Bank Arena”da oynanılan matçda “Qəbələ” 3:1 hesabı ilə qalib gəlib.
“Qəbələ”nin heyətində Ülvi İsgəndərov dubla imza atıb, digər qolu Asif Məmmədov vurub.
Gununsesi.org